Elman Rüstəmovun banklarla bağlı müdhiş planı
11:57 07-08-2012
İQTİSADİYYAT
Elman Rüstəmovun banklarla bağlı müdhiş planı
Bank sektorunda təmərküzləşmə, yoxsa...?
Xeyli müddətdir ki, ölkənin bank cektorunda islahatlar aparılaraq onların sayının ciddi şəkildə azaldılacağı ilə bağlı məlumatlar dolaşmaqdadır. Buna səbəb kimi bankların adının külli miqdarda fırıldaqçılıq faktlarında hallanması və ümumiyyətlə bank sektorunda baş verən özbaşınalıq göstərilir.
Məlumat üçün qeyd edək ki, artıq bir neçə bank barədə müvafiq ölçü götürülüb. "RöyalBank"ın lisenziyasının geri alınması, "TexnikaBank"ın rəhbər şəxslərinin məsuliyyətə cəlb edilməsi kimi addımları elə bank sektoruna bir mesaj kimi qəbul etmək mümkündür. Məsələ orasındadır ki, bəzi bankların fəaliyyətində qanunsuz hərəkətlər o dərəcədə dərinə işləyib ki, artıq onların inzibati metodlarla cəzalandırılması mənimsənilmiş pulların geri qaytarılmasında heç bir təsir vasitəsi rolunu oynaya bilmir. Digər tərəfdən, bir sıra inhisarçı məmurlar var ki, himayələrində olan banklar vasitəsilə asanlıqla çirkli pulların yuyulması prosesini həyata keçirə bilirlər.
Belə vəziyyətdə Mərkəzi Bank yeni cəza mexanizmi tətbiq etmək zorunda bulunub. Azərbaycan bank sistemi inkişafının yeni mərhələyə daxil olduğunu əsas gətirən Mərkəzi Bankın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artırılıb. Sözügedən qərarın 2014-cü ilin yanvarın 1-dan qüvvəyə minəcəyi nəzərdə tutulur.
Mərkəzi Bank bu qərarın bankların kapital bazasının gücləndirilməsi, banklara olan etimadın daha da artırılması və onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bəyan edib. Eyni zamanda əlavə edib ki, bu qərar iqtisadi subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank xidmətlərinin çeşidinin genişlənməsinə və dəyərinin ucuzlaşmasına dəstək verəcək, maliyyə bazarlarının, xüsusən də banklararası bazarın inkişafına müsbət təsir göstərəcək.
Lakin bankların real vəziyyəti tamamilə başqa fikir yürütməyə əsas verir. Ekspertlərin fikrincə, Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətinin maliyyə vəziyyəti o səviyyədə deyil ki, müəyyən edilmiş nizamnamə kapitalını təmin edə bilsin. Nizamnamə kapitalının həcminin 5 dəfə artırılması (hazırda bankların nizamnamə kapitalı 10 mln. manat təşkil edir) onsuz də vəziyyətləri şətin olan banklar üçün ağır bir yük kimi qəbul edilməlidir. Güman ki, bankların real vəziyyəti Mərkəzi Banka daha yaxşı məlumdur. Belə bir şəraitdə məlum qərarın verilməsi, birdən-birə bankların nizamnamı kapitalının həcminin 5 dəfə artırılması düşünülmüş addım kimi qəbul edilməlidir. Mütəxəssislərin fikrincə, belə bir qərarın verilməsi ilk növbədə ölkədə fəaliyyət göstərən bankların sayınını azalmasına hesablanıb.
Hələ bir müddət öncə MB-ın İdarə Heyəti sədrinini birinci müavini Alim Quliyev mətbuata aşıqlamasında bankların sayının 20-yə qədər azaldılacağı barədə mesaj vermişdi. Ölkədə 46 bankın fəaliyyətini məqbul hesab etməyən MB rəsmisi bankların sayının müxtəlif üsullarla azaldılmasının mümkünlüyünü də qeyd etmişdi. O, bu prosesin bankların birləşməsi, yaxud, onların qeyri-bank kredit təşkilatına çevrilməsi yolu ilə mümkünlüyünü bəyan etmişdi.
Məhz bu açıqlamadan sonra bir necə bank fəaliyyətini dayandırıb, yeni kredit təşkilatları yaradılıb. Sadalanan faktlar deməyə əsas verir ki, bankların ardıcıl olaraq müxtəlif üsullarla bağlanması bu sahədə də inhisarşılığın pik həddə çatmasının real göstəricisidir. Ancaq nəzərə almaq lazımdır ki, normal rəqabət mühitinin olmaması şəraitində bank sektorunun sünii təmərküzləşməsinin effekt verəcəyi inandırıcı görünmür. Eyni zamanda, bank sektorunun təmərküzləşməsi zamanı bank şərtlərinin ağırlaşması və faiz dərəcələrinin artması istisna edilmir.
Ümumiyyətlə, əksər ekspertlər bank sektorundakı son proseslərdə Mərkəzi Bankın sədri Elan Rüstəmovu haqlı saymır, onu ölkənin bank sisteminin, özü də daxil olmaqla iki-üç oliqarxın əlində cəmləşməsinə xidmət edən addımlar atmaqda suçlayırlar. Bildirilir ki, bu, olduqca təhlükəli prosesdir və adıçəkilən sektoru, ölkənin maliyyə bazarını iflic edəcək qədər qorxunc nəticələr verə bilər.
Mərkəzi Bank sədri isə belə rəylərdən, proqnozlardan narahat deyil. O, əlbəttə ki, iqtidar içində hansısa gizli və güclü himayədarlarına güvənir, amma bəziləri düşünür ki. Elman Rüstəmov nəinki karyerasını, hətta azadlığını belə, təhlükə altında qoyacaq prosesə girişib, bir sözlə, hazırda bank sektoru ilə bağlı baş verənlər Mərkəzi Bank rəhbərini olduqca çıxılmaz vəziyyətdə qoya bilər.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00