Bakıda velosiped oğrusu saxlanılıb. 

DİN-dən unikal.org-a verilən məlumata görə, hadisə oktyabrın 30-da Xəzər rayonunda baş verib.

Məlumata görə, rayon Polis İdarəsinin 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Hüseynova məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qasımov tutulub.