Xaçmaz rayonunun Arzu kəndində direktorun 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verdiyi üz çıxıb.
Unikal.org xəbər verir ki, bu haqda istipress.com saytı bildirir.
İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31-də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.
Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə edilən məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.
Xaçmaz İcra başçısının Hacıəlibəy İƏD üzrə nümayəndəliyindən belə bir hadisənin olduğu və məsələnin araşdırıldığı deyilib.
Polis vəziyyətə nəzarət edir. Direktorun və məktəblinin ifadəsi alınır.