Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Arzu kəndində direktoru 62 yaşlı Gülfəz Alxasov 12 yaşlı şagirdə qarşı seksual xarakterli hərəkətlərə yol verib.
Məsələ ilə bağlı Xaçmaz rayon təhsil şöbəsinin rəis müavini Ağamirzə Əzimov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma gedir və bu barədə ictimaiyyətə geniş məlumat veriləcək:
"Son 3 gündür Gülfəz Alxasov büllütenə göndərilib. Hazırda ağır xəstədir. Məktəb rəhbərliyinin işini müvəqqəti olaraq direktor müavininə həvalə olunub. Məsələ ilə bağlı, rayon təhsil şöbəsinin rəhbəri başda olmaqla məktəbə getdik. Müəllimlərin də izahatı alındı. Onlarn heç biri məktəb direktorunun ünvanına deyilən sözü qəbul etməyib. Biz arzulayırıq ki, bu öz təsdiqini tapmasın. Bütün hallarda hüququ tərəfdən bu hadisə öz təsdiqini taparsa, müvafiq qərar veriləcək.
Ağamirzə Əzimov 62 yaşlı Gülfəz Alxasovla söhbət apardıqlarını və onun bu məsələyə münasibətini də açıqlayıb.
Gülfəz Alxasov deyib ki, barəsində polisə şikayət verən şagird onun nəvəsi yaşındadır:
"O, mənim nəvəm yaşındadır. Belə hadisə heç zaman ola bilməz. Mən başımla bu məsələyə cavabdehəm. Belə bir hadisə olmayıb və olada bilməz.
Ağamirzə Əzimov həmçinin vurğulayıb ki, təhsil şöbəsinin əməkdaşları olaraq sözügedən ailə ilə də görüşüblər: "Ailənin yaxın qohum-əqrabaları da deyir ki, direktor uşağın əlindən tutub və saçlarını tumarlayıb. Buna görə də, biz şikayətimizi geri götürən deyilik.