Bakı metropoliteinin Həzi Aslanov stansiyasında problem yaranıb.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, 15 dəqiqədən artıqdır ki, qatarların hərəkəti dayanıb. Stansiyalarda sərnişinlərin böyük növbəsi yaranıb.

Metropoliuteinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında problemin yarandığını təsdiq edib: "Hazırda bununla bağlı iş aparılır. Problem aradan qaldırılıb. Texniki nasazlığın nədən qaynaqlandığı araşdırılır.

Nəsimi Paşayev qeyd edib ki, problem Həzi Aslanov-İçərişəhər istiqamətində olub:

"Həzi Aslanov stansiyasında təxminən 20 dəqiqə hərəkət olmayıb. Sözügedən stansiyada gərginlik yox idi, nasaz qatarı xətdən çıxarmağa çalışırdıq.

Sərnişinləri daşımaq üçün "Əhmədli və "Neftçilər stansiyasında digər xəttə qatar göndərdik. Bu müddətdə təxminən 6-7 dəqiqə interval yarandı.On dəqiqə sonra intervalı iki dəqiqəylə bərpa elədik. İyirmi dəqiqə sonra isə Həzi Aslanovda hərəkət qaydasına düşüb. Hazırsa xətdə heç bir problem yoxdur, bir az sərnişin sıxlığı var. O da pik saatlara görədir.