Bir müddət əvvəl işdə yol verdiyi nöqsanlara görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindəki (DYPİ) şöbə rəisi vəzifəsindən kənarlaşdırılan polis mayoru Namiq Kərimov yenidən daxili işlər orqanlarına xidmətə qaytarılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, o, DYPİ-nin Patrul Bölüyündə baş inspektor vəzifəsində xidmətə başlayıb.
Xatırladaq ki, N.Kərimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun bacısı oğludur.