"Gənclik Mall Ticarət Mərkəzində yerləşən iki mağaza fəaliyyətini dayandırıb.

Unikal.org "Reporta istinadən xəbər verir ki,  buna səbəb yuxarı mərtəbədə su borusunun zədələnməsi olub.

Borunun zədələnməsi nəticəsində "Zel home və "Coincasa mağazalarına su dolub.

Hazırda mağazaya dəymiş ziyanın məbləği müəyyənləşdirilir və problemin aradan qaldırılması istiqamətində iş aparılır.