Keşlə dəmiryolu stansiyasının ərazisində teplovoz naməlum şəxsi vurub.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, bu gün gecə saat 1:00 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisində 35-45 yaşlı kişi teplovozla vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.