Göygöl rayonu Qızılca kəndində evdən qoz oğurlanıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Qoşqar Quluzadə saxlanılıb.

O etiraf edib ki, qanunsuz yolla daxil olduğu evdən 150 kiloqram qozu oğurlayıb. Əldə etdiyi pulu isə xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb.