Bu gün SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı qəza baş verib.
Unikal.org xəbər verir ki, SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev "APA-Economics"ə bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıblar. Onun sözlərinə görə, xəsarət alan işçilər xəstəxanaya çatdırılıb: "Xəsarət alanlardan biri artıq evə buraxılıb, digərinin müalicəsi davam etdirilir".
Dövlət şirkətinin rəsmisi əlavə edib ki, hadisə nəticəsində ölüm hadisəsi qeydə alınmayıb.