Bugün saat 16:00-da Müsavat Partiyasının üzvləri Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirib.
Unikal.org xəbər verir ki, Müsavat funksionerlərinin bildirdiyinə görə, küçə yürüşünə icazə verilmədiyi üçün onlar piket keçirməyə əl atıblar.
Piket keçirilən zaman heç bir polis müdaxiləsi baş verməyib. Piket bitdikdən sonra isə polislər Müsavat Partiyasının 5 üzvünü - Səxavət Soltanlı, Tofiq Yaqublu, Mustafa Hacıbəyli və digər 2 şəxsi saxlayaraq polis bölməsinə aparıblar.
Hal-hazırda partiya üzvlərinin saxlanmasına görə digər piket iştirakçıları etirazlarını davam etdirirlər.