Vergilər naziri Fazil Məmmədov 4 departament rəhbərinin vəzifəsini dəyişib.
Nazir özünə yeni müşavir təyin edib.
Unikal.org-un report-a istinadən məlumatına görə, F.Məmmədovun yeni müşaviri Qüdrət Seyfullayev olub. Bununla da nazirin müşavirlərinin sayı 13-ə çatıb.
Məlumata görə,Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov vəzifəsindən azad edilib və onun yerinə Zaur Fətizadə təyin edilib.
Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru Zeynalabdin Məmmədzadədə vəzifəsindən azad edilənlər arasındadır. Nazirin əmri ilə adıçəkilən departamentin yeni baş direktoru Zamin Rzayevolub.
Nazirin digər bir əmri ilə Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru Toğrul Quliyev vəzifəsindən azad edilib. Onu bu vəzifədə Zöhrab Ömərov əvəz edib.
F.Məmmədov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə də təyinat edib. Bu departamentin baş direktoru vəzifəsinə Natiq Şirinov gətirilib.
Qeyd edək ki, Fərid Cəbrayıluzun müddət bu vəzifəni müvəqqəti icra edib.