Tovuz rayonunda 41 yaşlı kişi döyülüb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Mürsəlov Natiq Aydın oğlu naməlum şəxs tərəfindən döyülüb. O, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.