Məşhur müğənni Yıldız Tilbenin klip çəkilişi zamanı başına iş gəlib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının Sərdar Ortaçla birlikdə ifa etdiyi "Havalı yarım klipinin çəkilişində saçları yanıb.
Stolun üstündəki şamlardan qəfil saçları alovlanan Yıldız çox qorxub. Onun köməyinə çəkiliş meydançasındakı işçilər gəlib. Hadisə nəticəsində Tilbenin qaynaq və təbii saçının bir hissəsi yanıb.
Baş verənlərlə bağlı çəkilişlər bir müddət təxirə salınsa da, sonradan tamamlanıb.