Türkiyəli müğənni Tarkana Bakıdan yeni konsert təklifi gəlib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu il "10 albomu, konsertləri və reklam müqavilələri ilə 50 milyon lirə (təxminən 25 milyon manat) qazanan ifaçı Yeni il üçün təkliflər almağa başlayıb.
Belə ki, meqastara Kiprdəki bir hoteldən 3 milyon lirəlik (təxminən 1,5 milyon manat), Azərbaycandan isə 1,5 milyon dollarlıq təklif gəlib.
Yeni illə bağlı Bakıdakı təşkilatçılıq şirkətlərindən birindən təklif alan Tarkanın cavabının nə olduğu hələ bəlli deyil.
Qeyd edək ki, Tarkan iyunda Formula-1 çərçivəsində keçirilən konsertdə səhnəyə çıxmış və buna görə 500 min dollar almışdı.