Bakının Nizami rayonu ərazisində ağaclar kəsilərək məhv edilir.

Unikal.org "Ölkə.az"-a istinadən xəbər verir ki, ağaclara qarşı "yaşıl terror" Qara Qarayev prospekti, "Ramal" Ticarət Mərkəzi ilə üz-üzə yerləşən ərazidə qeydə alınıb.

Tanınmış jurnalist Azər Qismətin yaydığı həmin fotolarda ərazinin hasarlandığı da görünür.

Məsələ ilə bağlı əraziyə yaxın obyekt sahiblərindən bilgi verilib. Onlar qeyd etdilər ki, ərazidə yeni ticarət mərkəzinin tikilməsi üçün "təmizlik işləri" aparılır.