Türkiyədə dəhşətli hadisə baş verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada ata, 3 və 5 yaşlı iki qızı evdə silahla öldürülüb. 

İddia edilir ki, ata, iki qızını silahla öldürdükdən sonra canına qıyıb. Mənzildə həmçinin saxta sənədlər də tapılıb. 

Məlum olub ki, 40 yaşlı ata Göksel Akşeker, bu ilin 30 avqust tarixində  həyat yoldaşını silahla vurub, yaraladı, öldüyünü düşünüb, hadisə yerindən qaçdı və o gündən bəri fəraridir. Akşeker həmçinin, iki il əvvəl 13 mərtəbəli  binanının 11-ci mərtəbəsindəki mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib. Həmin vaxtda da bıçaqla özünə xəsarət yetrdiyi də ortaya çıxıb. Polislərin 6 saatlıq səylərindən sonra cani atanı xilas etmək mümkün olub.

Ataları tərəfindən öldürülən 2 azyaşlının cəsədləri eyni tabuta qoyularaq ekspertizaya göndərilib.