İnterpol adam öldürməyə cəhd edən azərbaycanlı barədə axtarış elan edib.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, 1965-ci il təvəllüdlü Kamal Fətullazadə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilib.
Lənkəran şəhərində anadan olmuş K.Fətullazadə barəsində hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.
Azərbaycanın məhkəmə orqanı K.Fətullazadə barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi haddında qərar çıxararaq, İnterpola təqdim edib.
İnterpol həmin qərar əsasında K.Fətullazadəni beynəlxalq axtarışa verib.