Bu günAzərbaycan müdafiə naziri general-polkovnikZakir HəsənovBakıdarəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Özbəkistan nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli liderHeydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı imzalanıb.
Müdafiə nazirləri arasında əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov bildirib ki, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.
Ölkəmizə səfərindən məmnun qalan Özbəkistanın Müdafiə naziri general-mayor A.Azizov Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və ordu quruculuğundakı nailiyyətlər barədə məlumatlı olduğunu qeyd edərək bu təcrübədən istifadə edilməsində maraqlı olduqlarını bildirib.
Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının ölkələrimizin yerləşdiyi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini xüsusi vurğulayıblar.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün yekununda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Sonra Özbəkistan nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahının inzibati binasında ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, digər xidməti otaqlardakı iş şəraiti ilə tanış olub.
Mərkəzi Komanda Məntəqəsinə gələn qonaqlar videobağlantı vasitəsilə birliklər və qoşun növləri ilə birbaşa əlaqə saxlayıblar.