Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur.

Unikal.org-un olke.az-a istinadən məlumatına görə, 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

5-cı sətirdə "Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda - AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

28 noyabr 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N

Balanssaxlayıcı müəssisənin adıAvtonəqliyyat vasitəsinin markasıBuraxılış iliStart qiyməti
(manatla)
10% beh
(manatla)
1.AzərbaycanMilli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası Elmi MərkəziQAZ-27050019961275128
2.Azərbaycan Milli Elmlər Akademiyası "AzərbaycanEnsiklopediyası Elmi MərkəziOpel Omeqa19921125113
3.Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası Elmi MərkəziDoğan-S199490090
4.Azərbaycan Respublikası Baş ProkurorluğuNissan Maxima20063330333
5."AzərsuASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsiKAMAZ 431019893600360
6.Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil TəsərrüfatıFİAT Doblo20073500350
7.Xaçmaz rayon İcra HakimiyyətiMitsubishi Pajero2007100001000
8.Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya ŞirkətiKİA RİO20095000500
Azərbaycan Respublikası "Bakı Metropoliteni QSC