ATU-nun Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xanımın mədəsində uğurlu əməliyyat icra olunub.
Unikal.org-a daxil olan məlumata görə, ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayev bildirib ki, bizdən əvvəl xəstə müxtəlif klinikalarda müayinələrdən keçmiş, lakin xəstənin yaşına, ümumi vəziyyətinin ağırlığına və yüks riskli xəstə olmasına görə radikal əməliyyatın icrasından imtina olunub. Söhbət mədənin kordial hissəsinin qida borusuna və mədəaltı vəziyə sirayət edən və ətraf limfa düyünlərinə yayılan bədxassəli şişdən gedir.
Əməliyyat 3 saat davam edib. Əməliyyatdan sonrakı 3-cü sutkadan etibarən xəstə qidalandırılmağa başlanılıb. Xəstə artıq 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib. O hazırda özünü yaxşı hiss edir.