Dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Unikal.org-un xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında nazir Sergey Lavrovun Azərbaycana səfərinin yekunları ilə bağlı məlumatda bildirilib.
"Xəzəryanı ölkələrin XİN rəhbərlərinin qarşıdakı Moskva müşavirəsinə hazırlıq kontekstində Xəzərdə əməkdaşlıq problematikası ətraflı müzakirə olunub, - deyə açıqlamada qeyd edilib.