Füzuli Ələkbərov əlillərin ticarət mərkəzini özəlləşdirir
11:48 08-08-2012
İQTİSADİYYAT
Füzuli Ələkbərov əlillərin ticarət mərkəzini özəlləşdirir
Əmək və əhalinin sosial müdafiəsi nazirinin "biznes imperiyası"nda yeni gəlişmə var
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin zamanında inşa edilməyə başlayan və əlillərin sosial müdafiəsinin güclənməsinə xidmət etmək məqsədi güdən "Həyat" Ticarət Mərkəzi barədə maraqlı məlumat almışıq. Redaksiyamıza daxil olan həmin məlumatda bildirilir ki, sözügedən ticarət mərkəzi hazırki əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən özəlləşdirilə bilər.
Məlumatda iddia edilir ki, əlillər üçün nəzərdə tutulan ticarət mərkəzində hazırda sağlamlığını itirmiş və müvafiq dərəcə almış bir nəfər də ticarət məqsədləri üçün istifadə edə bilmir. "Halbuki bura inşa edilərkən nəzərdə tutulurdu ki, əlillər orada alış-verişlə məşğul ola bilsinlər, maddi durumlarını yaxşılaşdırmaq imkanı əldə etsinlər. Hətta ticarət mərkəzində onlara veriləcək dükanları icarəyə vermək havqlarına da malik olacaqdılar. Amma sonradan ticarət mərkəzinin təyinatı tamamilə dəyişdirildi və indi bura bir nəfər üçün - Füzuli Ələkbərovdan ötrü fəaliyyət göstərir" - deyə məlumatlarda iddia olunur.
O da bildirilir ki, hazırda mebel satışı mərkəzinə çevrilən "Həyat"da gəlirlərin yalnız bir, həm də çox cüzi hissəsi dövlət büdcəsinə yönəldilir, qazancın əhəmiyyətli hissəsi isə əmək və əhalinin sosial müdafiəsi nazirinin "kassa"sına gedir: "İndi isə söz-söhbət yayılıb ki, artıq Füzuli Ələkbərov "Həyat" Ticarət Mərkəzini tamamilə öz əlinə keçirmək, daha dəqiq desək, özəlləşdirmək istəyir. Onun ticarət mərkəzinin böyük bir hissəsini "BMW" avtomobillərinin satış mərkəzinə çevirmək istəməsinə dair də söz-söhbət dolaşır. Deyilənə görə, həmin avtomobillərin Azərbaycanda rəsmi distrübiterliyi ilə məhz əmək və əhalinin sosial müdafiəsi nazirinə yaxın şəxslərin idharə etdiyi şirkət məşğuldur".
Qeyd edək ki, "Həyat" Ticarət Mərkəzi barədə səslənən bu iddiaların nə qədər doğru olub-olmadığına dair rəsmi rəy öyrənə bilmədik, amma bir məqamı xüsusi vurğulamağa ehtiyac görürük. Bu da ondan ibarətdir ki, dövri mətbuatda dəfələrlə əlillər üçün ayrılan mənzillərin və ya avtoqmobillərin verilməsində rüşvət faktları yer alır, əlillər özləri bu mövzuda şikayətlərində Ələkbərovun işçilərinin bütün bunlarla bağlı özbaşınalığa yol verməsindən şikayətlənirlər.
Odur ki, yuxarıda haqqında danışılan ticarət mərkəzinin də əlillər üçün nəzərdə tutulmasına rəğmən, nazirin öz maraqlarının badına getməsinə əsla təəccüblənməmək lazımdır. Necə deyərlər, bura Azərbaycandır!...
Murad Can
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40