Xəbər verdiyimiz kimi, Bakıda - Övladınız busqalter geyinibmi?
5 məktəbdə şagirdlər arasında "
- Aybaşı olmusunuzmu? - - Xəstələnəndə ən çox hansı dərmanlardan istifadə edirsiniz? və.s..." mövzulu anket sorğu keçirilib. Bu sorğu da bir çox valideynlərin narazılğına səbəb olub.
Sözügedən məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Unikal.org-un sorğusunu cavablandırıb.
Bildirib ki, qeyd olunan anket sorğusu yalnız valideynlərə təqdim olunub və valideynlər tərəfindən cavablandırılıb.
"Səhiyyə Nazirliyi tərəfindən "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı çərçivəsində hər il məktəblərdə Təhsil Nazirliyinin razılığı əsasında şagirdlər arasında icbari dispanserizasiya həyata keçirilir. Valideynlər arasında keçirilmiş bu anket sorğusu da qeyd olunan fəaliyyətin tərkib hissəsidir. Uşaqların inkişafı baxımından Reproduktiv Sağlamlığa əsasən yetkinlik dövrü haqqında suallar sorğuda öz əksini tapıb.
Dispanser müayinələrin Yasamal rayonu üzrə 18, 21, 158, 167 və 225 nömrəli tam orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri arasında, həmçinin 18 və 21 nömrəli tam orta məktəblərin "Sağlam təhsil siniflərində təhsil alan ibtidai sinif şagirdləri arasında keçirilməsi nəzərdə tutulub.
Dispanser müayinədə 10 nəfər müxtəlif ixtisaslı mütəxəssis iştirak edir. Bakı şəhərinin 13 nömrəli uşaq poliklinikasının həkimləri "Uşaqların sağlamlığı üzrə Milli Elmi Tədqiqat Mərkəzinin həkimləri ilə birgə müayinəni həyata keçirir.
Qeyd edək ki, bir çox ölkələrdə bu layihələr elmi-tədqiqat məqsədilə həyata keçirilir. Layihənin həyata keçirilməsinin məqsədi bütün pediatrların eyni üsulla uşaqları müayinədən keçirməsidir".