ANAMA noyabrın 26-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Unikal.org xəbər verir ki, gün ərzində kənddə 12 000 kv.m (1.20 ha) ərazi tam təmizlənib, 2 000 kv.m (0.20 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmış (cəmi: 14 000 kv.m (1.40 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.
Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.
10 gün ərzində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 176 700 kv.m (17.67 ha) ərazi tam təmizlənib, 58 600 kv.m (5.86 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.