Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycana qarşı təxribat xarakterli tədbir təşkil edilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki "Ayartun mərkəzində qondarma "Dağlıq Qarabağ Respublikasından olan 7 gənc rəssamın əsərlərindən ibarət "Dirçəliş adlı sərgi açılıb.
Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, "Tekeyan Mərkəzi Fondu və "Şuşa şəhərinin muzeyləri təşkilatının dəstəyi ilə keçirilir.
Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. Mərasimə sərgidə əsərləri sərgilənən rəssamlardan biri - Samvel Davadyan da qatılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb.