2017-ci ilin 10 ayı ərzində dəmir yolu nəqliyyatı ilə beynəlxalq istiqamətdə və ölkədaxili sərnişin qatarlarında 795 657 sərnişin daşınıb.
Bu barədə Unikal.org-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat verilib.
Məlumatda bildirilir ki, gediş biletlərinin 29 637-si onlayn bilet satışı ilə həyata keçirilib.
Hesabat dövründə Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarları ilə 994 237 sərnişin daşınıb.