Çaytikanı bitkisi (oblepixo) öz zəngin tərkibi və faydalı xüsusiyyətləri ilə xalq təbabəti ilə yanaşı, elmi təbabətdə də geniş istifadə olunur. Unikal xassələrə malik olduğundan bu bitkiyə "dərman bitkilərinin şahzadəsi də deyilir.
Bu bitkidən hazırlanmış yağ bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Unikal.org modern.az-a istinadən sağlamlıqla bağlı növbəti yazıda çaytikanı yağının 20 faydasını təqdim edir.
1. Çaytikanı yağı mədə və onikibarmaq bağırsağın xorasının müalicəsində ən yaxşı vasitələrdən biridir. Bunun üçün 2 həftə ərzində hər gün yeməkdən 15-20 dəqiqə əvvəl 1 çay qaşığı çaytikanı yağı qəbul etmək lazımdır.
2. Bu yağdan müntəzəm istifadə edildikdə maddələr mübadiləsi normallaşır.
3. Bədənin xəstəliklərə qarşı müqaviməti və orqanizmin immuniteti güclənir.
4. Qəbzliyə qarşı olduqca faydalıdır.
5. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
6. Görmə qabiliyyətinə müsbət təsir göstərir.
7. Qan damarlarının elastikliyini artırır, qan dövranını yaxşılaşdırır.
8. Piylənmənin qarşısını alır.
9. Qanda xolestrolun səviyyəsini aşağı salır.
10. Mədəaltı və qalxanabənzər vəzin fəaliyyətini normada saxlayır.
11. Cinsi fəallığı artırır.
12. Ağrıkəsici xassəyə malikdir.
13. Təbii antibakterial və antioksidantdır.
14. Dəridə olan yaraların və yanıqların sağalmasını sürətləndirir.
15. Orqanizmi pis ekoloji təsirlərdən qoruyur.
16. Xərçəng xəstəliklərinin profilaktikasında effektli vasitə kimi istifadə olunur.
17. Yüksək bioloji aktivliyə malikdir.
18. Həzm prosesini asanlaşdırır.
19. Ürəyin normal fəaliyyəti üçün də çaytikanı yağı xeyirlidir.
20. Qadın xəstəliklərinin müalicəsində də həkim nəzarəti ilə bu yağdan istifadə olunur.
Qaraciyər, od kisəsi, mədəaltı vəzin iltihablarında çaytikanı yağından istifadə məsləhət görülmür. Çaytikanı bitkisindən və onun yağından müalicə məqsədi ilə istifadə edərkən həkim məsləhətlərinə mütləq şəkildə əməl olunmalıdır.