Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının batmış əmanətlər problemi...
11:55 08-08-2012
İQTİSADİYYAT
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının batmış əmanətlər problemi...
Artıq bir müddətdir ki, keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərin qaytarılması prosesinə başlanılıb. Bu günə qədər insanlar əmanətlərini almaq üçün Kapital Bank-ın müxtəlif filiallarına müraciət edir. Lakin xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları əmanətlərini almaqda çətinlik çəkirlər. Belə ki, onlar az miqdarda olan əmanətlərini almaq üçün uzun yol və xeyli vəsait sərf edir, nəticədə çəkdikləri xərcin qarışılığında özlərinə qəpik-quruş qalır.
Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları əmanətlərini almaq üçün niyə Azərbaycana gəlmək məcburiyyətindədirlər? Bu proseduru asanlaşdırmaq üçün pulları hansısa hesaba yatırmaq olarmı?
"Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinə görə fərdi birdəfəlik ödəməni almaq üçün Azərbaycana gəlmək məcburiyyətində deyillər".
Bu sözləri Modern.az saytına açıqlamasında Kapital Bank ASC-nin mətbuat katibi Yadigar Cəfərli deyib. O qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı olan əmanətçi müxtəlif səbəblərdən Banka özü müraciət edə bilmədikdə, onun hüquqi təmsilçisi mövcud qanunvericiliyə uyğun olaraq təsdiqlənmuş, Azərbaycan Respublikasında rəsmən tanınan etibarnaməni və fərdi birdəfəlik ödəmənin alınması üçün tələb olunan əmanət kitabçasını, şəxsiyyət vəsiqəsini təqdim edərək, fərdi birdəfəlik ödəməni ala bilər.
"Banka əmanətçinin hüquqi təmsilçisi tərəfindən müraciət edilməsi üçün 7 nömrəli ərizə forması nəzərdə tutulub. Bu ərizə formasını həm Maliyyə Nazirliyi və Kapital Bank-ın internet səhifələrindən, həm də Bankın xidmət məntəqələrindən əldə etmək olar. Əgər vətəndaşın Kapital Bank-da və yaxud digər hər hansı bir bankda hesabı varsa (cari, plastik kart və s.) ödəmə məbləği onun hesabına da köçürülə bilər".
Y.Cəfərli bildirib ki, əgər əmanətçi ödəmənin onun bank hesabına köçürülməsini istəyirsə, onun təmsilçisi ərizəni doldurarkən hesabı ərizə formasındakı xüsusi bölmədə göstərməlidir.
"Bu zaman vəsait bank hesabına köçürüləcək. Eyni zamanda, təmsilçi ödənişi nağd qaydada da alıb, Kapital Bank-ın, yaxud digər bankların təklif etdiyi sürətli pulköçürmə sistemləri vasitəsilə əmanətçiyə göndərə bilər".
Keçmiş SSRİ Əmanət Bankında əmanəti olan xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının sayına gəlincə isə Yadigar Cəfərli deyib: "Azərbaycan Respublikasının vətəndaşı olan və fərdi birdəfəlik ödəmə almaq üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə Kapital Bank-ın xidmət məntəqələrinə müraciət edən əmanətçilərin Azərbaycanda, yaxud ölkədən kənarda yaşamaları ilə bağlı heç bir məhdudiyyət yoxdur. Ona görə də Azərbaycan vətəndaşı olan və qanuna müvafiq qaydada fərdi birdəfəlik ödəmə almaq üçün özü, yaxud təmsilçisi vasitəsilə Bank-a müraciət edən əmanətçilərin sayında belə bir təsnifat aparmaq mümkün deyil".
Bank rəsmisi vurğulayıb ki, Prezidentin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" 14 mart 2012-ci il tarixli Fərmanına əsasən, fərdi birdəfəlik ödəmənin verilməsi üçün sənədlərin qəbulu 31 dekabr 2012-ci il tarixinə qədər davam etdiriləcək.
Əmanətçilərdən də xahiş olunur ki, Fərmanda müəyyən edilmiş bu müddət ərzində Banka müraciət etsinlər. Üzrlü səbəblərdən bu müddətdə müraciət edə bilməyən əmanətçilərin müraciətinə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaq".
Yadigar Cəfərli 1 iyun 2012-ci il tarixindən 07 avqust 2012-ci il tarixinə qədər Kapital Bank-ın xidmət məntəqələrinə fərdi birdəfəlik ödəmələrin alınması üçün 518 458 müraciətin daxil olduğunu deyib. Onun sözlərinə görə, bu müraciətlərdən 448 926-sı xidmət məntəqələrindən Kapital Bank-ın Baş Ofisində fəaliyyət göstərən Əmanətçilərə Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə ötürülüb.
"Bu müddətdə 309 332 əmanətçiyə 177 061 222,02 manatlıq vəsait ödənilib. İtmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə daxil olan müraciətlərin sayı isə 8 879 olub".
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40