Bakıda çürümüş meyit tapılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində sinə nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan, çürümüş kişi meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 2016-cı ildə itkin düşmüş kimi qeydiyyatda olan, Ağsu rayon sakini, 1978-ci il təvəllüdlü Mirəli Seyidrza oğlu Seyidov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.