Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz İB-dən Unikal.org-a verilən məlumata görə, Nəsimi rayonu M.Sənani küçəsində diametri 273 mm-lik polietilen yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və diametri 250 mm-lik siyirtmənin qurlaşdırılması ilə əlaqədar, noyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1 və 2-ci Altava,20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri,eləcə də Tibilisi və H.Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.