Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumunun məbləği müəyyənləşib.
Unikal.org xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında qanuna 14.1-1 (Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə) yeni maddə əlavə edilib.
Yeni maddəyə əsasən, 14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə
14.1-1.1. on iş günü müddətində verildikdə
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün - 20 manat;
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 30 manat;
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 40 manat;
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 50 manat;
14.1-1.2. beş iş günü müddətində verildikdə
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün - 30 manat;
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 50 manat;
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 70 manat
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 90 manat;
14.1-1.3. bir iş günü müddətində verildikdə
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün - 50 manat;
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 90 manat;
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün -130 manat;
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 170 manat;