Bakı Məktəb Lisey Kompleksinə (200 və 43 saylı məktəb) yeni direktor təyin olunub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, təhsil kompleksinin direktoru Qafar Hüseynovun yerinə Fuad Babayev təyin olunub. O, buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub.
Qeyd edək ki, bir müddət əvvəl Məktəb Lisey Kompleksinin direktoru Qafar Hüseynovun vəzifəsindən azad olunması barədə məlumatlar yayılmışdı. Məktəbin bir qrup müəllimi və orada təhsil alan şagirdlərin valideynləri bununla bağlı etiraz aksiyası keçirmişdilər. Bakı Şəhəri Üzrə Təhsil İdarəsi Q. Hüseynovun səhhəti ilə bağlı işə çıxmadığını açıqlamışdı.