Azərbaycanda şəxsiyyət vəsiqəsini, pasportunu, itirənlər və ya qəsdən korlayanlar cərimələnməyəcək.
Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin nu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Pasportlar haqqında qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 8-ci (Qanunun tələblərini pozmağa görə məsuliyyət) maddəsində bildirilir: Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində) süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Dəyişikliyə əsasən, bu maddədən"itirilməsində, qəsdən korlanmasında" sözləri çıxarılıb.
"Pasportlar haqqında qanundan da həmin sözlər çıxarılıb.
İnzibati Xətalar Məcəlləsinin 566-cı (Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsi və ya qəsdən korlanması) maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 məbləğində cərimə edilir.
Beləliklə, Azərbaycanda şəxsiyyət vəsiqəsini, pasportunu, itirənlər və ya qəsdən korlayanlar cərimələnməyəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.