Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Unikal.org  Ermənistan KİV-inə istinadən xəbər verir ki, Sarssyan bir qrup yüksək rütbəli hərbçi ilə Qarabağa gəlib. 

Sarqsyan işğal olunmuş ərazilərdəki separatçılarla ilin yekunlarına dair toplantı keçirib. Tədbirdə Ermənistan Silah Qüvvələrinin hərbçiləri də iştirak ediblər.

S.Sarqsyanın Azərbaycan torpaqlarındakı işğalçı qüvvələrin hərbi hissələrinə baş çəkəcəyi də gözlənilir.