Rusiya Xarici İşlər Nazirliyi dekabrın 4-5-də Moskvada keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünü şərh edib.

Unikal.org xəbər verir ki, Rusiya XİN-nin mətbuat xidmətinin bəyanatında deyilir: 

Moskva Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmış kenvensiyalar mətninin tezliklə qəbulunu prioritet sayır. 

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə iclas dekabrın 4-5-də Moskvada keçiriləcək.

Məlumatda daha sonra qeyd edilir ki, Rusya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici siyasət nazirlərinin görüşü 7-ci dəfədir keçirlir. Bildirlir ki, görüşdə əsas diqqət Xəzərin hüquqi statusu haqqında konvensiyaya yönələcək.