Bakı Şəhər Prokurorluğunda DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Unikal.org xəbər verir ki, bu barədə "Reportun sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
"Hazırda iş üzrə istintaq aparılır - deyə, əlavə olunub.
Qeyd edək ki, həbsdə olan H.Məmmədov özünü asaraq intihar edib.
Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara kəmər əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb.