Uşaqları və yeniyetmələri "udan internet oyunu artıq Azərbaycanda da yayılmağa başlayıb. Xatırlatma verək ki, bu günlərdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə 6-cı sinif şagirdinin qolunda anlaşılmaz sıyrıqlar aşkar edildi. İddialara görə həmin şagirdlər "Mavi balina adlı uşaqlar və yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Bir müddət bundan öncə Şamaxının Xilmilli kəndində 16 yaşlı yeniyetmə özünü asaraq intihar etmişdi. Mətbuatda yayılan iddialara görə, yeniyetmə "Mavi balina oynadıqdan sonra intihara əl atıb.
Bəs uşaqlar və yeniyetmələr bu oyuna necə aludə olur?
Unikal.org xəbər verir ki, hazırda kollec tələbəsi olan 16 yaşlı yeniyetmə qızın musavat.com-a oyun haqda danışıb:
"Bu oyun Appstore və ya "Play marketdən yüklənmir. Doğrudur, orada bu oyunlar var, amma onlar uşaqlar üçündür, çox asandır və bildiyim qədər təhlükəli deyil. Oyun "Facebook səhifəmizə linklər vasitəsi ilə göndərilir. Əvvəldən oyun insana çox maraqlı gəlir, həm də digər oyunlardan heç bir fərqi olmur. Ona görə də "bu oyunu oynamaq istəyirsən? sualına özündən asılı olmayaraq "bəli cavabını verirsən. Beləliklə öncədən xəbərdarlıq edilir, ad və soyadımız qeydə alınır və oyuna başlayırıq. Oyun 5 leveldən ibarət olur. İlk tələblər bunlar olur: 1. Ülgüc ilə qolumuza F57 yazıb və şəklini çəkib göndərməliyik, 2. Səhər saat 4:20-də yuxudan oyanıb "inboxumuza, daha doğrusu "pgibopatça göndərilən qorxulu videolara baxmalıyıq, 3. Qolumuzu dərin olmayan şəkildə 3 dəfə kəsib şəklini göndərməliyik, 4. Bir kağız üzərində "Mavi balina şəkli çəkib fotosunu göndərməliyik".
Yeniyetmə qız oyun haqqında digər ilginc məlumatları da anladıb: "Oyunu əsasən tək oynayırdıq. Amma istədiyin zaman onlayn olaraq digər uşaqlara da qoşula bilirdik. Həmin uşaqlar daha çox türklər idi. Ümumiyyətlə oyunda türk uşaqları çoxdur. Türkiyədən bir qrup var idi ki, onlar bu oyuna tez-tez qoşulurdular. Bakıdan isə Tarqovıy uşaqları" adlı qrup oyunda fəallıq göstərirdi. Qrupda qızlar çox az idi. Bəzən oyunda olan uşaqlara birlikdə hündür binanın üstünə çıxıb oradan fotolar çəkdirib oyuna göndərirdik. Çünki oyunun digər şərtlərindən biri bu idi. Eyni zamanda qrupda olan uşaqlar bir-birilərinə çox qorxunc, başı, bədənin müxtəlif əzaları kəsilmiş insanların fotolarını göndərir və bununla əylənirdilər".
Yeniyetmə qız oyunun digər təhlükəli tərəflərindən də danışıb: "Ümumiyyətlə oyun insanda çox ağır psixoloji yükləmələr yaradır. Şəxsən mən 3 dəfə bu oyuna girib, sonra çıxmışam. Çünki psixoloji ağırlıqlarına tab gətirə bilmirdim. Həm də oyun zamanı bizə çoxlu sayda təhdidlər gəlirdi. Bildirilirdi ki, əgər oyundan çıxsaq qolumuzu kəsməyimizlə bağlı valideynlərimizə məlumat ötürüləcək, şantajedici şəkillərimiz sosial şəbəkələrdə paylaşılacaq. Sonuncu dəfə oyuna bu ilin yay tətilində başladım və bütün yay boyu oyunun təsiri altında qaldım. Oyundan çıxmaq çox çətindir, çünki istər-istəməz insanda bağlılıq yaradır və təsirindən çıxmaq olmur. Lakin sonradan oyunun şərtlərinin çətinləşdiyini görüb oyunu bağlamaq qərarına gəldim. Bir daha oyuna geri dönmək fikrim yoxdur.
Qeyd edək ki, Türkiyədə artıq bu oyuna qarşı "Ononimous kampaniya başladıb. Ötən ay Türkiyə mətbuatında yayımlanan məlumata görə təkcə bir ay ərzində Türkiyədə iki gənc məhz bu oyunun təsiri altında intihar edib.
Rusiyada isə 2015-cil ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 yeniyetmənin bu oyunun təsirindən intihar etdiyi məlum olub. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də "Mavi balina oyunun yaradıcısı olduğu ehtimalı var. Araşdırmalar zamanı məlum olub ki, oyun artıq Qazaxıstana, Ukraynaya, Türkiyəyə, Avropaya yayılıb. Yeniyetmə qızın açıqlamalardan belə məlum olur ki, uşaqları, yeniyetmələri təsir altına salıb, onları intihara sövq edən "Mavi balina artıq 2 ildən çoxdur ki, ölkəmizdə də virus kimi yayılmaqdadır.