Azərbaycan prezidenti İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARKın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.
Unikal.org-un məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlət başçısına Aqropark barədə məlumat veriblər.
Bildirilib ki, "BAKU AGROPARK MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq. Hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb.
İstehsal olunan məhsullar "Tomat.az brendi ilə əsasən ixrac edilir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.
Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.
10:44
Prezident İlham Əliyev bu gün Xəzər rayonunda olub.
Unikal.org xəbər verir ki, ölkə başçısı Zirə qəsəbəsində "BAKU AGROPARKda görülən işlərlə tanış olub.