Saakaşviliyə vaxt verildi.

Unikal.org  xəbər verir ki, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqinin yanına getməsi üçün bir sutka vaxt verilib.

Bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib.

Onun sözlərinə görə, əks halda, hüquq-mühafizə orqanları Saakaşviliyə qarşı güc tətbiq edəcəklər.