Cənubi Koreya kəşfiyyatı radio və televiziyada Şimali Koreyaya qarşı təbliğat xarakterli proqramların yayımını dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. 

"Milli Kəşfiyyat Xidməti (NIS) bu ay Şimali Koreya rejimini hədəf alan bütün uzun müddətdir davam edən yayımlarını dayandırıb”, - deyə bəyanatda bildirilir.

Buraya 1980-ci illərdən bəri yayımlanan əsas NIS radio proqramları daxildir.

Bundan əvvəl Cənubi Koreyanın Birləşmə Nazirliyi hökumətin “Koreya yarımadasında gərginliyi azaltmaq üçün” Şimali Koreyaya qarşı yeni siyasətlər hazırladığını və müxtəlif addımlar atdığını bildirmişdi.