Hökumət əleyhinə etirazçılar hakim Serb Tərəqqi Partiyasının (SPS) Novi Sad şəhərindəki ofislərini dağıdıblar, paytaxt Belqradda da polis və SPS tərəfdarları ilə toqquşmalar baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Serbiyanın ikinci ən böyük şəhəri Novi Sadda onlarla hökumət əleyhinə nümayişçi partiya ofislərinin pəncərələrini sındırıb, mebel və SPS əşyalarını atıb, binanın qapılarına boya səpib.
Daha sonra tam təchiz olunmuş polis şəhərin mərkəzindəki bir neçə məhəlləni mühasirəyə alıb və izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Belqradda, şəhərin əsas bulvarlarından birində yüzlərlə etirazçı və SPS tərəfdarı bir-birinə məşəl və fişənglər atıb. Etirazçılarla vətəndaşlar arasında baş verən toqquşmada 45 polis xəsarət alıb.
Xatırladaq ki, Serbiyada tələbələrin və müxalifətin etirazları 2024-cü ilin noyabrın 1-də Novi Sadda qatar stansiyasında tavanın uçması və 16 nəfərin ölümündən sonra başlayıb. Etirazçılar növbədənkənar parlament seçkisinin keçirilməsini və hökumətin istefasını tələb edirlər.
Gülayə Mecid