Rusiya prezidenti Vladimir Putini daşıyan xüsusi təyyarə Alyaskanın Ankoric şəhərinə eniş edib. Burada Rusiya liderinin ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılır.
"Unikal" Flightradar24 xidmətinə istinadən xəbər verir ki, Rusiya liderinin təyyarəsinin uçuşunu onlayn rejimdə 469 mindən çox insan izləyib.
XXX
19:20
Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə uçub.
Bu barədə "Unikal" Rusiya KİV-inə istinadən xəbər verir.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Maqadandan uçuş planlı olub və Rusiya Prezidentini daşıyan təyyarə Alyaskada yerli vaxtla düz 11:00-da eniş edəcək, Putini Donald Tramp qarşılayacaq.