Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın istehsalçı şirkətinə qoyduğu məhdudiyyəti aradan qaldırıb.

Bu barədə "Unikal"a AQTA-dan məlumat verilib.

Belə ki, AQTA-nın bildirişi əsasında, Rusiyanın aidiyyəti qurumu istehsalçı müəssisədə nəzarət tədbirləri görülb və laborator müayinələr aparıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib.

Rusiya tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinə müvafiq məlumat verilib.

Xatırladaq ki, Rusiyanın istehsalçı şirkətinə dondurulmuş toyuq dərisi məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar AQTA idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət tətbiq etmişdi.