“Qırmızı karta görə üzgünəm amma oyunçularımın yanında olacağam”
"Unikal" fanat-a istinadən xəbər verir ki, bunu "Şaxtyor"un baş məşqçisi Arda Turan "Panatinaikos" ilə matçda hakimə sərt şəkildə etiraz edərkən aldığı qırmızı vərəqə ilə bağlı danışanda bildirib.
“Gördüyüm qırmızı vərəqə üçün üzgünəm və üzr istəyirəm. Amma vurğulamaq istədiyim vacib bir məqam var: Əgər oyunçularımdan biri bu səviyyədəki bir oyunda haqsız yerə qırmızı kart alırsa mən onun arxasında durmaq məcburiyyətindəyəm. Və duracağam,” – deyə Turan açıqlamasında bildirib.
Baş məşqçi həmçinin komandası ilə bağlı hisslərini də bölüşüb:
“Bu komandanı çox sevirəm. "Şaxtyor"un bir hissəsi olmaq mənə böyük xoşbəxtlik verir. Getdiyimiz hər yerdə bizə sevgi göstərən ukraynalı azarkeşlərimizi çox sevirəm. Bəzən yolun başlanğıcı çətin və ağrılı ola bilər amma biz heç vaxt gələcəyə ümidlə baxmaqdan vaz keçməyəcəyik. Konfrans Liqasındakı yolumuza davam edirik.”
Qeyd edək ki, dünən Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində matçda "Panatinaikos"a penaltilər seriyasında məğlub olan "Şaxtyor" yoluna Konfrans Liqasında davam edəcək.