"Qalatasaray" daha bir futbolçusunu komandada saxlamağı bacarıb.

"Unikal" xəbər verir ki, klub Davinson Sançezlə razılığa gəlib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, tərəflər sözləşməni yeniləyiblər. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2023-cü ildə "Tottenhem"dən "Qalatasaray"a transfer olunub.