Misli Premyer Liqasında 2025/2026 mövsümünə start verilib.

"Unikal" xəbər verir ki, turun açılış matçında "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gəlib.

Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

54-cü dəqiqədə “Qəbələ”nin legioneri Domi Massumo fərqlənib. 78-ci dəqiqədə isə Murad Musayev avtoqol müəllifi olub.

Qeyd edək ki, turun digər qarşılaşmaları 16, 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.