2025-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1495,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən "Unikal"a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 757,7 milyon manat təşkil edib.