Fələstinin HƏMAS hərəkatı vasitəçilərə Qəzza zolağında son atəşkəs təklifini qeyd-şərtsiz qəbul etməyə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzeti məlumat yayıb.
Məlumata görə, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyəti bu həftə Qahirədə keçirdiyi görüşlər zamanı Qətər və Misir vasitəçilərinə bildirib ki, hərəkat 60 günlük atəşkəs, İsrail qüvvələrinin yerdəyişməsi və əsirlərin azad edilməsini nəzərdə tutan son təklifə qayıtmaq qərarına gəlib.
HƏMAS qoşunların çıxarılması, fələstinli məhbusların azad edilməsi ilə bağlı bəzi digər məsələlərdən və tələblərdən imtina edib. Beləliklə, HƏMAS təşəbbüsü tamamilə İsrailə təhvil verib. Hərəkat İsrailin Qəzzanı tam nəzarətə götürmək və sakinlərin köçürülməsi zərurətindən irəli gələrək bu mövqedən çıxış edib.