Filippin ölkənin mərkəzi bölgəsində güclü yağışlar səbəbindən hökumət və təhsil müəssisələrinin fəaliyyətini dayandırıb. 

"Unikal" xəbər verir ki, Filippin hökuməti məlumat yayıb. 

Filippin Daxili İşlər Nazirliyinin məlumatına görə, leysan nəticəsində 6 nəfər itkin düşüb, 35 minə yaxın vətəndaş təxliyə mərkəzlərinə yerləşdirilib.

Bununla yanaşı, bütün təcili yardım xidmətləri fəaliyyətini davam etdirir.